AZ

"Araz-Naxçıvan", yoxsa "İmişli"? - CANLI YAYIM

Bu gün Premyer Liqada VII tura start veriləcək.

ilk oyun günündə iki matç keçiriləcək.

Açılış qarşılaşmasında "İmişli" səfərdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş saat 17:00-da start götürəcək. Qonaqlar 8 xalla yeddinci, Naxçıvan təmsilçisi 11 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Zirə" "Neftçi"ni qəbul edəcək. Bu matç saat 19:00-da başlayacaq. Meydan sahibləri 12 xalla ikinci, "ağ-qaralar" 7 xalla səkkizincidir.

17:00. "Araz-Naxçıvan"– "İmişli" 0:0

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

"Liv Bona Dea Arena"

19:30. "Zirə" – "Neftçi"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elman Musayev.

Zirə İdman Kompleksinin stadionu

Seçilən
17
sportinfo.az

1Mənbələr