AZ

“Harika” içkilərində zərərli qarışım… Uşaqlardan uzaq tutun! – Foto

“Avrora” MMC-nin sifarişi ilə “Berg Energy” tərəfindən hazırlanan və xüsusilə uşaqların içdiyi “Harika” içkilərinin tərkibində zərərli qida əlavələrinin olduğu məlum olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə hətta sözügedən içkilərin qablaşdırmasının üzərində də məlumat yerləşdirilib. Belə ki, müxtəlif meyvə qarışımlı (qara tut və frenk üzüm, qarpız və çiyələk) tərkibli qazlı “Harika” içkilərinin tərkibində 2 olduqca zərərli qida əlavəsi var.
Qablaşdırmasına, qablaşdırmanın rənginə və meyvəli olduğuna görə daha çox uşaqların sevdiyi bu içkilərin xeyrindən çox zərərləri var.
Belə ki, içkinin tərkibi təmizlənmiş su, şəkər, limon duzu (E330), konservantlar natrium benzoat (E211) v sairlə zəngindir.

“Harika”nın tərkibindəki qida əlavələrindən biri – E211 ümumiyyətlə şübhəli bilinən və istifadəsi qadağan edilən əlavələrdəndir. Natrium benzonatın, yəni E211 qida əlavəsinin bir sıra zərərli təsirləri var ki, onlardan biri də onun orqanizmdən xaric olmamasıdır. İcazə verilən qəbul həddi keçərsə, natrium benzoat qaraciyər və böyrəklərə toksik təsir göstərir və astma simptomlarının kəskinləşməsinə səbəb olur.
Digər qida əlavəsi olan E330 da təhlükəli qida əlavəsi hesab edilir. Bu qida əlavəsi xərçəng riski yaradan əlavədir. Təsvir edin ki, xərçəng riski yarada bilən iki zərərli qida əlavəsi bir içkinin tərkibində mövcuddur.
Bunun nə qədər zərərli olduğunu təsəvvür etmək mümkün deyil.
Mütəxəssislər də tərkibində zərərli qida əlavələri olan bu kimi qidalardan uzaq durmağı məsləhət görür.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



Ə

Seçilən
20
2
yenilik.az

3Mənbələr