AZ

Sərin və Göygöl restoranlarında vəhşi heyvan və quşların saxlanılması ilə bağlı monitorinqlər aparılıb

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq çərçivəsində Göyçay rayonunda fəaliyyət göstərən, Rübayıl Akif oğlu Allahverdiyevə məxsus "Göygöl" restoranında bir baş meymun və üç baş qırqovulun, Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, Arif Şoşan oğlu Mehdiyevə məxsus "Sərin" restoranında isə yeddi baş çöl quşunun (iki baş qırqovul, üç baş kəklik və iki baş ördək) baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, sahibkarlıq subyektlərinə heyvan və quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında vəhşi heyvanların, quşların saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
10
oxu.az

10Mənbələr