AZ

Xətai prospektindəki yol bağlanır

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Xətai prospektində təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilib ki, məhdudiyyət 3 oktyabr saat 22:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində (Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədardır.

Nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək 07:00-24:00 saat aralığında qismən, 24:00-07:00 saat aralığında isə hissə-hissə, tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
35
qafqazinfo.az

10Mənbələr