ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Belçikanın şərqində yerləşən hərbi bazanın üzərində 15-ə yaxın PUA aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə VRT məlumat yayıb.
Məlumata görə, onlar yerli vaxtla təxminən saat 01:45-də Almaniya ilə sərhədə yaxın Lyej əyalətində NATO bazası olan Elzenborn hərbi poliqonu üzərində görünüblər. Dronların Belçikadan Almaniyaya doğru uçduğu bildirilir.
Almaniyanın Düren qəsəbəsində də PUA-lar aşkarlanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.