AZ

Ramanın Əliyev və Makronla görüşündəki zarafatı gündəmə çevrildi Baş nazir izahat verməli oldu + VİDEO

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bu, xoş bir yumordan başqa bir şey deyildi” 

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makronla görüş zamanı Donald Tramp barədə zarafat etməsi dünya mediasında geniş əks-səda doğurub. Bir çox media orqanları bunu Ramanın Trampa sataşması kimi təqdim edib.

Xatırladaq ki, həmin görüşdə Rama Trampın Ermənistanla Albaniyanın adlarını səhv salmasına eyham vuraraq Makrondan Azərbaycan Prezidenti və Albaniya başçısını “sülh bağladıqları” üçün təbrik etməsini istəyib. Bununla da bir növ Trampa sataşıb.

Hadisə o həddə çatıb ki, Rama Qərb mediasının onun Albaniya ilə Azərbaycan arasında barışıq olması barədə zarafatına reaksiyasını şərh etməli olub.

O bildirib ki, müasir medianın necə işlədiyi və reallığı necə asanlıqla təhrif edə bilməsi həqiqətən heyrətləndiricidir: “Dostluq ruhunda zarafatla deyilən bir ifadə birdən onlarla ölkənin iştirak etdiyi bütöv bir sammitin qlobal başlığına çevrilir, qalan hər şey – əsl məzmun isə diqqətdən kənarda qalır.

Amma bəli, bu gün köhnə dostum İlham Əliyevlə görüşmək və ortaq əziz dostumuz Emmanuel Makrona Prezident Trampın hətta Albaniyanı Azərbaycanla barışdıra bildiyini, Emmanuelin isə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün uzun müddət və yorulmadan çalışdığını xatırlatmaq çox gülməli idi. Bu, dostyana bir qeyd, dostluq anı idi.

Təbii ki, bunun yayılmasında qorxulu heç nə yoxdur. Amma bunu siyasi tənqidə çevirmək sadəcə olaraq ədalətsizlikdir. Beləliklə, bunlara aydınlıq gətirək:

Həqiqət budur ki, Prezident Tramp uzun illərdən sonra Qərb leksikonuna “sülh” sözünü yenidən daxil edən lider kimi özünü sübut etdi. Bəli, çox qısa müddətdə başqalarının cəhd etdiyi və uğursuz olduğu yerdə o, sülhə nail oldu və durmadan bunun arxasınca getməyə davam edir.

Rama əlavə edib ki, bu fikir mübadiləsi əslində Prezident Trampın ən böyük pərəstişkarı olan insanlar arasında xoş yumor anından başqa bir şey deyildi.

C. Məmmədli “AzPolitika.info”

View this post on Instagram

A post shared by HamamTimes (@hamamtimestv)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr