AZ

20 minlik dələduzluqla yadda qalmışdı – indi şəhid ailələrinə öz şəkli olan nişanlar paylayır – Video

Ölkəmizdə şəhid valideynlərinə hər zaman xüsusi hörmət və ehtiram göstərilir. Dövlət və cəmiyyət şəhid adını uca tutur, şəhid ailələrinə qayğı göstərilməsini prioritet hesab edir. Bir çox iş adamları, ictimai təşkilatlar şəhidlərin xatirəsini anmaq, onların ailələrinə dəstək olmaq məqsədilə tədbirlər keçirirlər.

Lakin təəssüf ki, bəzən bu həssas mövzudan sui-istifadə hallarına da rast gəlinir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, “Yeni Baxış” İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərov bir qrup şəhid valideynini tədbirə dəvət edərək onlara müxtəlif “döş nişanları” təqdim edib.

İddialara görə, təqdim edilən “Qəhrəman ata” adlı döş nişanında “qəhrəman” obrazı kimi məhz təşkilat sədrinin öz şəkli təsvir olunub. Bu isə şəhid valideynlərinin etirazına səbəb olub. Onlar bildiriblər ki, övladları şəhid olduğu halda niyə həmin nişanlarda başqa şəxsin şəkli olmalıdır və bu simvolu niyə sinələrində gəzdirməlidirlər.



Şəhid ailələrinin bir qismi sosial şəbəkələrdə yazaraq belə təşəbbüsləri qəbul etmədiklərini bəyan ediblər: “Bizim üçün dəyərli olan yalnız dövlətimizin təqdim etdiyi orden və medallardır. Şəhid ailələrinə belə saxta nişan və diplomlar lazım deyil”.


Məsələ ilə bağlı ortaya çıxan sual budur: hər hansı ictimai təşkilat və ya fərd hansı əsasla şəhid valideynlərinə döş nişanı təqdim edə bilər? Rəsmi mövqeyə görə, dövlət mükafatlarını yalnız Prezident təsis edir və təqdim edir.



Qeyd edək ki, Şahvələd Əsgərovun adı əvvəllər də dələduzluqla bağlı məhkəmə işlərində hallanıb. Mətbuatda yayılan məlumatlara əsasən, o, 2022-ci ildə Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində vəzifəyə düzəltmək vədi ilə bir Ülviyyə adlı qadından 20 min manat alıb. Hadisə ilə bağlı araşdırmalar nəticəsində Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (dələduzluq – xüsusilə böyük məbləğdə) təqsirli bilinib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.


https://musavat.com/mobile/news/tehsil-idaresine-mudir-teyinati-teskilat-sedri-200-minden-basladi-20-mine-razilasdi-teferruat_1132628.html

2b0068ca-6d9f-4c0d-9a9c-c95c7506aff3.jpg1e8e44bc-a605-4d9a-86ba-6b6050ffa136

fcf77175-0f1f-4106-b54e-8c5c14579519.jpg

Şahanə Rəhimli
Musavat.com

Seçilən
5
1
musavat.com

2Mənbələr