AZ

Vəba dünyada tüğyan edir: Azərbaycanda yoluxma riski varmı? – Həkimdən XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vəba və digər yoluxucu xəstəliklərin qlobal yayılması ilə bağlı açıqlamaları Azərbaycanda da narahatlıq doğurur. Maraqlıdır, yoluxucu xəstəliklərin qlobal yayılması Azərbaycana nə dərəcədə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, yoluxucu xəstəliklərin yayılması coğrafiyadan asılı deyil:

Azerforum.com

“Ümumiyyətlə vəba, yoluxucu xəstəliklər, epidemiyalar, pandemiyalar başlanma ölkəsindən asılı olmayaraq, əgər qarşısı alınmazsa, digər dövlətlərə yayılacaq. Bu da təbii ki, Azərbaycanı da riskdən yayındırmır”.

Onun sözlərinə görə, xüsusilə, kənd təsərrüfatında istifadə olunan su mənbələri, içməli su sistemləri və şəxsi gigiyena məsələləri diqqət mərkəzində olmalıdır:

“İnsanlar içdikləri suya, təmizliyə və şəxsi gigiyenaya xüsusi fikir verməlidirlər. Belə hallarda xəstəliyin ilkin əlamətləri bədən hərarətinin yüksəlməsi, ürəkbulanma və qusma ilə özünü göstərir. Vətəndaşlar həkimlərlə məsləhətləşməkdən çəkinməməlidirlər”.

Mütəxəssis həmçinin vurğulayıb ki, gigiyena qaydalarına əməl olunması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vəba kimi təhlükəli xəstəliklərin qarşısının alınmasında əsas faktorlardan biridir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
16
1
konkret.az

2Mənbələr