Rusiyanın Krasnoyarsk diyarının Yermakovski rayonunda An-2 təyyarəsi sərt eniş edib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu gün “Borus” MMC-yə məxsus An-2 təyyarəsi Krasnoyarsk diyarının Yermakovski rayonunda sərt eniş edib. Təyyarədə iki nəfər olub. Onlardan biri həlak olub. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır”, - məlumatda deyilib. (Axar.az)