AZ

Ağacların qanunsuz kəsilməsi ilə yaşıllıqlara 151 100 manat məbləğində ziyan dəyib

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindənson bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı,Sumqayıt şəhərləri və Ağstafa rayonunun inzibati ərazisindəyaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Trendxəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətiməlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Yasamal rayonuŞərifzadə küçəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Sumqаyıtşəhəri 11-ci mikrorayon, Ağstafa rayonu Böyükkəsik və Kolxəlifəlikəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsindəyaşıllıqlara 151 100 manat məbləğində ziyan dəydiyi müəyyənedilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayəttərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçüntoplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçünhazırlanır.

Seçilən
33
5
az.trend.az

7Mənbələr