AZ

Ermənistanda kilsə qalmaqalı: arxiyepiskop Adjapaxyana 2 il həbs cəzası verildi

Ermənistanda məhkəmənin qərarı kilsə və siyasət münasibətlərində böyük səs-küy yaradıb.

Musavat.com xəbər verir ki, Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyan məhkəmə tərəfindən 2 il azadlıqdan məhrum edilib. O, hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunub.

Prokurorluq əvvəllər 2 il yarım həbs cəzası tələb etsə də, məhkəmə 2 il cəza ilə kifayətlənib. Adjapaxyan iyunun sonunda saxlanılmış və həmin vaxtdan həbsdə idi.

Bu qərar Ermənistan cəmiyyətində kilsənin siyasətə müdaxiləsi və hakimiyyətlə qarşıdurması barədə yeni mübahisələrə səbəb olub.

Musavat.com

Seçilən
16
1
musavat.com

2Mənbələr