AZ

Mirnuray Abasova: “Yaxşı hazırlaşacam ki, medalımın əyarını qızıla dəyişim”

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycanlı qılıncoynadan Mirnuray Abasova III MDB Oyunlarında medal qazanacağına əmin olub.

İdman.biz “Report”a istinadla xəbər verir ki, bu barədə idmançı özü məlumat verib.

O, bürünc medalla kifayətlənməsinə münasibət bildirib:

“Yarışa ciddi hazırlaşmışdım. Medal qazanacağımı bilirdim, içimdə əminlik hissi var. Növbəti yarışlara daha yaxşı hazırlaşacam ki, medalımın əyarını qızıla dəyişim. Yarımfinaldakı rəqibimin təcrübəsi məndən çox olduğu üçün ona qalib gəlməyim çətin idi. Baxmayaraq ki, qarşılaşmada uzun müddət hesabda irəlidə oldum. Lakin dediyim kimi, rəqibin təcrübəsi böyük olduğu üçün istəyimi həyata keçirə bilmədim. Gələcəkdə qızıl medal qazanaraq, Azərbaycanın bayrağını daha yüksəklərə qaldıracağam. Bu gün bürünc medal qazanmağımda əməyi olan məşqçilərimə təşəkkür edirəm”.

Qeyd edək ki, Mirnuray Abasova qılıncoynatma yarışının şpaqa növündə yarımfinalda Anastasiya Zabelinaya (Rusiya) uduzaraq bürünc medalla kifayətlənib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
icma.az

2Mənbələr