AZ

Fatih Altaylının həbs müddəti uzadıldı

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İstanbul məhkəməsi jurnalist və teleaparıcı Fatih Altaylının həbs müddətini uzadıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, ona qarşı irəli sürülən ittihamlara görə, Altaylını 5 ilə qədər həbs cəzası gözləyir.

Jurnalist bu gün ilk dəfə hakim qarşısına çıxarılıb.

İstanbulun Silivri həbsxanasında keçirilən məhkəmə iclasında hakim onun həbsdən azad olunması ilə bağlı vəsatətini təmin etməkdən imtina edərək, işin baxılmasını noyabrın 26-na qədər təxirə salıb.

Qeyd edək ki, Fatih Altaylı Türkiyə Prezidentini təhdid etməkdə ittiham olunur.

Xatırlafaq ki, 62 yaşlı jurnalist əvvəllər Türkiyə mediasında, o cümlədən “Cümhuriyet” və “Hürriyet” qəzetlərində, “Kanal D”, “Show TV”, ATV, “Habertürk” telekanallarında fəaliyyət göstərib. Son illərdə o, “YouTube” kanalında öz verilişlərini aparırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
yeniavaz.com

1Mənbələr