AZ

İkinci liqada iki ayrılıq

2-ci liqada 4-cü tur başa çatandan sonra iki iddialı klubun baş məşqçisi vəzifədən gedib.

Belə ki, “Ağdaş”la heç-heçədən sonra “Quba”nın baş məşqçisi Elvin Həsənov komandadan ayrılıb.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, onun növbəti iş yeri də bəlli olub. Həsənov bu gün “Şəki” ilə yollarını ayıran Bəhmən Həsənovun yerini tutacaq. “Quba”nın yeni baş məşqçisinin kim olacağı isə hələ bilinmir.

Qeyd edək ki, son turda “Quba” “Ağdaş”la 2:2 hesablı bərabərliyə razılaşıbsa, “Şəki” “Qaradağ Lökbatan”ın ardından “Xankəndi”yə də uduzub.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
20
football-plus.az

1Mənbələr