AZ

Azərbaycanda manatla pul kütləsinin həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin(M3 aqreqatı) həcmi 47,767 milyard manat təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumına görə, bu, aylıqmüqayisədə 86,6 milyon manat və ya 0,2%, 2024-cü ilin eyni dövrünənisbətən isə 2,7 milyard manat və ya 6,1% çoxdur.

Bundan başqa, 2025-ci ilin sentyabrın 1-nə manatla pulkütləsinin (M2 aqreqatı) həcmi 36,806 milyard manat təşkil edib ki,bu da aylıq göstəriciyə nisbətən 144 milyon manat və ya 0,4%,2024-cü ilin eyni dövrünə nisbətən isə 1,5 milyard manat və ya 4,3%çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,127milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 105 milyon manatvə ya 0,4%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 820 milyon manatvə ya 2,9% çoxdur.

Eyni zamanda, bu ilin sentyabrın 1-nə banklardan kənarda olannağd pul kütləsi (M0 aqreqatı) 16,829 milyard manat təşkil edib ki,bu da aylıq müqayisədə 171 milyon manat və ya 1%, ötən ilin eynidövrünə nisbətən isə 932 milyon manat 5,9% çoxdur.

Seçilən
203
1
az.trend.az

3Mənbələr