Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana hökm oxunub.
“Novosti-Armeniya” xəbər verir ki, o, iki il müddətinə azadlıqdan məhrum edilib.
Qərardan bir ay ərzində apellyasiya şikayəti vermək mümkündür.
Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.