AZ

Azərbaycanda “Bayraktar” istehsalına start verildi

ain.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda hərbi-sənaye sahəsində mühüm hadisə baş verib.

Sitat.info xəbər verir ki, Türkiyənin “Baykar Makina” şirkətinin yerli törəmə müəssisəsi olan “Bayraktar Teknoloji Azərbaycan” MMC ölkəmizdə pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.

Müəssisə bu ilin may ayında rezidenti olduğu Sumqayıt Sənaye Parkında fəaliyyət göstərir. Hazırda istehsal edilən məhsullar yalnız daxili bazara yönəldilib.

Bu addım Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi sənaye kompleksinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
sitat.info

3Mənbələr