AZ

AQTA ya Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı təkliflər təqdim edilib

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Unun zənginləşdirilməsi - fortifikasiya prosesi (un istehsalı zamanı onun içinə əlavə faydalı maddələrin qarışdırılması, - müəl.) ilə bağlı elmi əsaslandırılmış təkliflər hazırlanaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Bildirilib ki, buğda ununun zənginləşdirilməsi ilə bağlı prosedura başlanılması barədə qərar AQTA və Səhiyyə Nazirliyi tərəfindən qəbul edilib.

Məlumata görə, hazırda İşçi qrupun yaradılması üzrə işlər davam etdirilir.

"Bu il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və yerli dəyirman nümayəndə heyətinin ABŞ-nin Atlanta şəhərinə səfəri çərçivəsində buğda ununun zənginləşdirilməsi üzrə tövsiyə sənədi hazırlanıb", - məlumatda deyilir.

Bildirilib ki, 2024-2025-ci illəri əhatə edən dövr üçün beynəlxalq təşkilatlar və Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsü (Food Fortification Initiative) tərəfindən buğda ununun zənginləşdirilməsi istiqamətində AQTA-nın həyata keçirdiyi təşəbbüslərə texniki və institusional dəstək göstərilib.

Belə ki, ötən il Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsünün nümayəndəsinin Azərbaycana səfəri çərçivəsində Agentlik və aidiyyəti qurumların nümayəndələri ilə görüşlər keçirilib, türkiyəli ekspertlərin də iştirakı ilə infrastrukturla tanış olaraq texniki məsələlərlə bağlı yerli dəyirmanlarda çalışan mütəxəssislərlə müzakirələr aparılıb.

Qeyd edək ki, məqsəd əhalinin gündəlik qida rasionunda çatışmayan vacib elementləri kompensasiya etməkdir. Zənginləşdirilmiş un o deməkdir ki, insan gündəlik çörək və un məhsullarını yeyərkən təkcə karbohidrat yox, həm də sağlamlıq üçün vacib olan dəmir, vitamin və digər mikroelementləri almış olur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
baku.ws

3Mənbələr