AZ

Paytaxtın bu ərazisində küçəyə yerləşdirilən qurğular yığışdırılıb (FOTO)

Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində ictimai iaşə obyektlərinin qarşısında yerləşdirilən dibçəklər və günlüklərin piyada səkisini zəbt edərək sakinlərin sərbəst hərəkətinə mane olması ilə bağlı daxil olmuş müraciətlər əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Komitədən verilən xəbərə görə, baxış nəticəsində müəyyən edilib ki, küçədə quraşdırılan dibçəklər və günlüklər piyadaların təhlükəsiz və maneəsiz hərəkətinə ciddi çətinlik yaradır.

Bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə sözügedən qurğular yığışdırılıb və piyada səkisi əvvəlki vəziyyətinə qaytarılıb.

Paytaxtın
Paytaxtın
Paytaxtın
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
9
olaylar.az

10Mənbələr