AZ

III MDB Oyunları: Azərbaycanın 5 boksçusu finala yüksəldi

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında yarımfinal döyüşləri keçirilib.

Azərbaycanlı boksçu Qardaş Rəhimov (46 kq) tacikistanlı Damir Nazarova qalib gələrək (3:2) finala çıxıb.

60 kiloqram çəki dərəcəsində yarımfinalda mübarizə aparan digər boksçumuz Şahin Aslanov rusiyalı Dmitriy Klyuşnikovdan üstün olub - 4:1.

Daha bir azərbaycanlı boksçu Səfdər Məmmədzadə (+80 kq) qazaxıstanlı Yerketanq Jarkınbeka qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.

Əli Əliyev (48 kq) isə digər qazxıstan təmsilçisi Baltin Korqanbekə üstün olub - 3:2.

Digər yarımfinal görüşündə azərbaycanlı idmançı Əli Abaslı (52 kq) türkmənistanlı Xangeldi Lukmanova qalib gəlib - 5:0.

Beləliklə, Azərbaycanın 5 boksçusu finala vəsiqə qazanıb.

Qeyd edək ki, kişi boksçular arasında final qarşılaşmaları oktyabrın 5-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
8
olaylar.az

10Mənbələr