ABŞ Prezidenti Donald Tramp 20 maddəlik Qəzza planını qəbul etmələri üçün HƏMAS-a verdiyi müddəti 5 oktyabra kimi uzadıb.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri HƏMAS-a son şans verdiyini bildirib.
“Əks halda, heç kimin görmədiyi cəhənnəm yaşanacaq”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, bundan öncə HƏMAS-ın yaydığı açıqlamada planın araşdırılması üçün daha çox vaxta ehtiyac olduğu açıqlanmışdı.