AZ

Milli Məclisin deputatı Çadda beynəlxalq parlamentin plenar iclasında iştirak edəcək

Milli Məclisin deputatı Könül Nurullayeva oktyabrın 5-də Çad Respublikasının Ncamena şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, millət vəkili səfər çərçivəsində həmin şəhərdə keçiriləcək Qlobal Tolerantlıq və Sülh Şurasının Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlamentinin 13-cü plenar sessiyasında iştirak edəcək.

Deputatın plenar iclasda çıxışı nəzərdə tutulub.

Qeyd edilib ki, səfər oktyabrın 7-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
4
olaylar.az

8Mənbələr