AZ

PSJ-nin futbolçusu Avropa nəhənglərinin hədəfində

PSJ-nin futbolçusu Uorren Zair-Emeri Avropanın böyük klublarının transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, "Arsenal", "Mançester Siti", "Bavariya" və "Real" fransalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Defensa Central" məlumat yayıb.

Adıçəkilən klublar Zair-Emeri üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır. Gənc oyunçunun müqaviləsində 90 milyon avroluq sərbəsstqalma məbləği var.

Qeyd edək ki, Uorren Zair-Emeri PSJ-nin yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
11
3
sportal.az

5Mənbələr