AZ

DİN dən bank kartları ilə bağlı çağırış: “Xarici nömrədən bank əməkdaşı adı ilə zəng gəlsə...”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyi (DİN) bank kartlarından oğurluq halları ilə bağlı vətəndaşlara çağırış edib.

Bizimyol.info xəbər verir ki, bank kartlarından kiber oğurluq hallarının sayı əvvəlki dövrlə müqayisədə ümumilikdə kəskin azalmasına baxmayaraq, son günlər yenidən müşahidə olunur.

Bir çox hallarda vətəndaşlar xarici nömrələrdən daxil olan saxta zəng və mesajlar vasitəsilə aldadılaraq, tora alınır.

DİN-in vətəndaşları ehtiyatlı olmağa çağırır.

“Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, xarici nömrələrdən bank əməkdaşı adı ilə daxil olan saxta zənglər və mesajlar kart sahiblərini aldadaraq maliyyə məlumatlarını ələ keçirmə cəhdləridir.

Heç vaxt bank kartınızın PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığınız şəxslərlə paylaşmayın.

Heç bir bank telefon zəngi və ya SMS vasitəsilə kart məlumatı tələb etmir, belə müraciətlərə inanmayın, onlar saxtadır.

Şübhəli zəng və yazışmalara heç bir halda cavab verməyin, əlaqəni dərhal kəsin və nömrəni bloklayın.

Əgər kart məlumatlarınızı bölüşmüsünüzsə və ya şübhəli əməliyyat aşkar etmisinizsə, dərhal bankınızla əlaqə saxlayın, kartı blokladın və əməliyyatlar üzrə məlumat verin.

Zərərçəkmiş olmusunuzsa və ya saxta zəng barədə məlumatınız varsa, polis orqanlarına müraciət edin və şübhəli nömrə və mesaj barədə məlumat verin”, - DİN vətəndaşlara bunları tövsiyə edir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
49
icma.az

10Mənbələr