Xalq artisti Tünzalə Ağayeva müəllifi olduğu “İstəmirəm” hitinə yeni nəfəs verib.
News365.az xəbər verir ki, mahnı Xalq artisti Aygün Kazımovanın işıq üzü görən “Best of Aygun: All Stars” albomunda yer alıb. Pop ulduzun ifası bütün sosial platformalarda təqdim olunub.
Qeyd edək ki, mahnının sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqi isə Xalq artistinin özünə məxsusdur. Mahnı 8 il öncə Aygün Kazımovanın ifasında səslənib.