Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs edilib
Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyəm olunaraq saxlanılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 2002-ci il təvəllüdlü, “Tofi” ləqəbli Yevlax rayon sakini Tofiq Qasımlı məsuliyyətə cəlb olunub.
Müvafiq qərarla T.Qasımlı inzibati qaydada həbs edilib.