AZ

Emin Əmirullayevin adamında 350 min hardandı – Museyibovun sirri

Tribunainfo.az xəbər verir ki, bu gün media səs-küylü oğurluq hadisəsindən yazdı. Məlum oldu ki, Bakının Binəqədi rayonu ərazisində mənzillərdən birindən içində 340 min manat olan seyf oğurlanıb.
Polis tərəfindən həyata keçirilən tədbirlərlə oğurluğun 1986-cı il təvəllüdlü Ş.Hüseynova və onun əmisi oğlu 1991-ci il təvəllüdlü Q.Hüseynov tərəfindən törədilməsi müəyyən edilib.

Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə açılmış işin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Məhkəmədə məlum olub ki, ev sahibi E.Müseyibov nazirliklərdən birinin vəzifəli şəxsidir. Oğurluğa görə tutulmuş qadın isə ev sahibinin oğlunun sevgilisi olub.
Belə ki, ailəli şəxs məmurun oğlu ilə 2021-ci ildən sevgili olub. Onlar əsasən E.Müseyibovun oğlunun istəyi ilə evdə görüşüblər və bu zaman Ş.Hüseynova seyfin yerini öyrənib. O, qeyri-qanuni yolla sevgilisinin atasının evinin açarını əldə edərək nüsxəsini çıxartdırıb və evdə kimsənin olmadığı vaxt oğurluq cinayətini törədib. Daha sonra seyf Bakıdan Şəmkirə aparılaraq açılıb. Həmin pulun bir hissəsi ilə özünə bahalı avtomobil alıb. Qadın məhkəmədə bildirib ki, seyfi ona sevgilisi özü verib və pulları hədiyyə edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə Ş.Hüseynovaya və əmisi oğluna 5 il həbs cəzası verilib.
Daha sonra modern.az yazıb ki, ev sahibi Museyibov Elm və Təhsil Nazirliyində vəzifəli şəxs olub. Maraqlıdır, elm və təhsil adamının evində 350 min manat hardan imiş? Bu faktdan sonra nazir Emin Əmirullayev işçisini təftiş edibmi? Axı bir nazirlik işçisi aldığı maaşla 350 min manatı seyfdə saxlaya bilməz. Ya korrupsiya və maxinasiya ilə məşğuldur, ya da rüşvət alıb. Maraqlıdır ki, soyadı açıqlanan məmurun adı qeyd olunmur. Kimdir Museyibov?

Fərda Uğur

Seçilən
10
23
tribunainfo.az

10Mənbələr