AZ

"Komandaların şansları yarı-yarıyadı" - Aqil Nəbiyev

16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Aqil Nəbiyev 3-cü MDB Oyunları çərçivəsində Rusiya yığmasına qarşı keçiriləcək final oyunu öncəsi AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi komandanın həlledici görüşə hazır olduğunu deyib:
“Turnirə gələrkən məqsədimiz əvvəlcə finala yüksəlmək, ardından çempion olmaq idi. Finala vəsiqə qazanmaqla minimum hədəfə çatmışıq. Sabahkı oyun bizim üçün çox önəmlidi. Komandamız final matçına hazırdı. Rusiya yığmasının qrupda keçirdiyi hər iki oyunu təhlil etmişik, güclü və zəif cəhətlərini bilirik. Nə qədər çətin olsa da, finalda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün daha aqressiv, istəkli olmaq lazımdı. Finalda favorit olmur, komandaların şansları yarı-yarıyadı"..

Aqil Nəbiyev azarkeş dəstəyinin finalda həlledici ola biləcəyini vurğulayıb:
“Sabahkı qarşılaşmada komandamızı qələbəyə səsləyəcək azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, azarkeşlərimiz sabah bizim yanımızda olacaqlar. Gənc komandayıq, futbolçulara dəstək, motivasiya lazımdı. Ümid edirəm ki, final görüşünü dolu tribunalar önündə keçirəcəyik”.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan (U-16) – Rusiya (U-16) matçı saat 14.00-da başlanacaq.
Seçilən
24
9
football-plus.az

10Mənbələr