AZ

Merts: Qərbin cəlbedici qüvvəsi zəifləyir - ÖZƏL

Almaniya kansleri Fridrix Merts etiraf edib ki, Qərbin cəlbedici qüvvəsi nəzərəçarpacaq dərəcədə zəifləyib.

Olaylar bu barədə xəbər verir:
"Biz Qərb adlandırdığımız şeyin cəlbedici qüvvəsi nəzərəçarpacaq dərəcədə zəifləyib."-deyə Merts qeyd edib.

Merts bildirib ki, dünya artıq "liberal demokratiya dəyərlərinə" yönəlmir və Qərb həyat tərzi "həm xaricdən, həm də daxildən hücuma məruz qalır."

Politoloq Aleksandr Dudçak verdiyi müsahibədə qeyd edib ki, adi insanlar artıq Avropanı təqlid etmək istəmirlər.

Macarıstanın baş naziri Viktor Orban isə vurğulayıb ki, Qərb artıq nümunə model kimi qəbul edilmir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr