AZ

Jorj Kaşkilya: “Qələbə və məğlubiyyət futbolun bir hissəsidir”

“Çox çətin və keyfiyyətli oyun oldu. Bilirik ki, “Araz-Naxçıvan” avrokuboklar üçün mübarizə aparır”.

İdman.biz xəbər verir ki, bu sözləri “İmişli” klubunun baş məşqçisi Jorj Kaşkilya “Araz-Naxçıvan”la Misli Premyer Liqasının matçından sonra deyib.

Oyun 2:0 hesabı ilə “Araz-Naxçıvan”ın xeyrinə qurtarıb.

“Matça yaxşı başladıq. Komandam yüksək pressinq tətbiq edirdi. Bərabər oyun gedirdi. “Araz-Naxçıvan” birinci hissədə standart vəziyyətdən yaxşı istifadə etdi. Fasilədə oyunçulara motivasiya verdik. İkinci yarıya çox yaxşı başladıq. Hücumda çox vaxt keçirirdik. Hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etdik. Son dəqiqələrdə penaltidən yararlana bilmədik. Qələbə və məğlubiyyət futbolun bir hissəsidir. Elə komanda yoxdur ki, həmişə qalib gəlsin”, - baş məşqçi vurğulayıb.

İdman.biz

Seçilən
8
3
idman.biz

9Mənbələr