AZ

Yeni baş məşqçinin rəhbərlikdən ilk tələbi MƏLUM OLDU

"Kəpəz"in yeni baş məşqçisi Azər Bağırovun rəhbərlikdən ilk tələbi məlum olub.

Təcrübəli mütəxəssis heyətin gücləndirilməsindən danışarkən əsas prioritet kimi qapı mövqeyini önə çıxarıb.

41 yaşlı çalışdırıcı çərçivəyə mütləq yeni transfer edilməsini rəsmilərdən istəyib.

O, heyətdə yer alan kiperlərlə işlərinin çox çətin olacağı qənaətindədir.

Xatırladaq ki, Gəncə klubu mövsümə yeni transfer Kasper Rosa ilə start vermişdi. İlk 3 turda qapısında 11 qol görən polşalını Adil Şükürov sonrakı turlarda yanında əyləşdirib.

Onu ikinci qapıçı Məhəmməd Hüseynov əvəz edib.

Heyətdə yer alan digər qapıçının isə 22 yaşlı Elgün Bayramov olduğunu bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
13
sportinfo.az

1Mənbələr