AZ

Berlində 200-dən çox vyetnamlı tələbə itkin düşüb - KİV

Almaniyanın Berlin şəhərində vyetnamlı tələbələrin kütləvi şəkildə yoxa çıxması qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu haqda “Bild” nəşri məlumat yayıb.Bildirilir ki, Veissensee bölgəsindəki Brillat-Savarin Hotel İdarəetmə Məktəbində təxminən 200-dən çox vyetnamlı tələbə yoxa çıxıb. Müəllimlər qeyd edirlər ki, gənc vyetnamlıların çoxu dil biliyi sertifikatına malikdir, lakin alman dilini az bilir və ya heç bilmir.

Nəşrin məlumatına görə, itkin düşən tələbələrdən bəziləri qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olublar.

Seçilən
15
8
sitat.info

9Mənbələr