AZ

İranda helikopter qəzaya uğrayıb

İranda helikopter qəzaya uğrayıb.

BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Qızıl Aypara Təşkilatının Luristan əyaləti üzrə nümayəndəsi Əli Məhəmmədi məlumat verib.

Qeyd olunur ki, helikopter Oştorankuhdakı dağlıq ərazidə 4 000 metr yüksəklikdə itkin düşən qadının axtarışı və xilas edilməsi üçün göndərilib.

Göyərtəsində səkkiz nəfərin olduğu helikopter 2 800 metr hündürlükdə qəzaya uğrayıb.

Hazırda bölgəyə Luristandan altı əməliyyat qrupu göndərilib, axtarışlar davam edir.

Seçilən
15
10
far.az

10Mənbələr