AZ

Premyer Liqa: "Neftçi" səfərdə "Zirə" ilə heç-heçə edib

Misli Premyer Liqasının VII turunda daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Qonaqların heyətində 66-cı dəqiqədə Fredi Varqas, 88-ci dəqiqədə Bassala Sambu fərqlənib. Meydan sahiblərində 27-ci dəqiqədə Giorgi Papunaşvili, 90+8-ci dəqiqədə Ruan Renato adını tabloya yazdırıb. Qəsəbə təmsilçisində Ayron Qomis 90+10-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Neftçi" 8 xalla yeddincidir.

Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.
Seçilən
9
9
sherg.az

10Mənbələr