AZ

Almaniya təşvişdə: Naməlum dronlar Bundesver üzərində uçuşur

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Almaniyada Bundesver (Almaniya Federal Respublikasının silahlı qüvvələri) hərbi bazası üzərində ilk dəfə naməlum dronlar peyda olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Münhen yaxınlığındakı Erdinq Bundesver aviabazasının üzərində dronlar uçuşur.

Nəşr bildirir ki, ölçüləri 60 santimetrdən bir metrə qədər olan PUA-lar Şlezviq-Holşteyn əyalətindəki hərbi bazaları, gəmiqayırma və neft emalı zavodlarını və hökumət obyektlərini izləyir. Pilotsuz təyyarələr bir-birinə paralel uçub. Ehtimal olunur ki, dronlar ərazinin və binaların xəritəsini çəkib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
globalinfo.az

1Mənbələr