AZ

Neftçi Zirə görüşündə qapılara dörd top vuruldu

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasının VII turunda daha bir oyun keçirilib.

"Unikal" xəbər verir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Qonaqların heyətində 66-cı dəqiqədə Fredi Varqas, 88-ci dəqiqədə Bassala Sambu fərqlənib. Meydan sahiblərində 27-ci dəqiqədə Giorgi Papunaşvili, 90+8-ci dəqiqədə Ruan Renato adını tabloya yazdırıb. Qəsəbə təmsilçisində Ayron Qomis 90+10-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Neftçi" 8 xalla yeddincidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
9
unikal.az

10Mənbələr