1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ən-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunları üçün Portuqaliya yığmasına çağırılıb.
Oxu.Az bildirir ki, bu barədə Portuqaliya millisinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, yığma komanda oktyabrın 11-də İrlandiya, oktyabrın 14-də isə Macarıstan milliləri ilə qarşılaşacaq.
Portuqaliya yığması iki turdan sonra altı xalla F qrupunda liderdir. 40 yaşlı Ronaldu yığmada keçirdiyi 223 matçda 141 qol vurub və 45 məhsuldar ötürmə verib.