AZ

Messini MMA-ya çağırdılar: Uğur qazana bilərsən

Keçmiş UFC döyüşçüsü Xorxe Masvidal hesab edir ki, Lionel Messi qarışıq döyüş sənətlərində uğur qazana bilər.

Publika.az xəbər verir ki, idmançının sözlərinə görə, argentinalı futbolçunun fiziki xüsusiyyətləri və nizam-intizamı var ki, o, MMA-ya kifayət qədər vaxt ayırsa, uğurlu ola bilər.

“Messi fenomenal idmançıdır. O, indiyə yer üzündə gəzmiş ən intizamlı adamlardan biridir. Əla formadadır, amma mübarizə döyüşdür. Allahın ona bəxş etdiyi mentaliteti və fiziki qabiliyyətləri ilə, əgər o, ciddi qəbul etsə və buna kifayət qədər vaxt ayırsa, əminəm ki, çox şey göstərə bilər”, – Xorxe deyib.

Seçilən
38
publika.az

1Mənbələr