AZ

İranda yayılan bu görüntü diqqət çəkdi: Yeni tendensiya FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranın ideoloji mərkəzi hesab olunan Qum şəhərində dini təhsil alan tələbələr son mərasimlərdə yalnız dini bilikləri ilə deyil, hərbi geyimləri ilə də diqqət çəkiblər.

Globalinfo.az xəbər verir ki, Hizbullah liderləri Həsən Nəsrullah və Haşim Safiəddinin ölüm ildönümü ilə bağlı keçirilən anım mərasimlərində gənc tələbələrin hərbi formada iştirakı cəmiyyətdə maraq doğurub.

Müşahidəçilərin fikrincə, bu, Qumdakı dini təhsil müəssisələrinin artıq sırf dini mərkəz olmaqdan çox, ideoloji və hərbi hazırlıq məkanına çevrildiyinin göstəricisi ola bilər. Dərs kitabları ilə yanaşı tələbələrin hərbi tərbiyəyə də cəlb edildiyi ehtimal edilir.

Analitiklər hesab edir ki, bu mənzərə din və siyasətin sərhədlərinin getdikcə qarışdığını göstərir. Gənc nəsil isə daha çox cihad, fədakarlıq və müqavimət ideyaları üzərində formalaşır.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
globalinfo.az

1Mənbələr