AZ

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

Rusiya Azərbaycan və Türkiyədən yanacaq alıb Krıma tədarük etmək istəyir.

Hurriyyet.Az Globalinfo.az-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov “nyus.ru”ya bildirib ki, rəsmi Moskva kütləvi şəkildə Çin, Türkiyə, Belarus və Azərbaycandan yanacaq ala bilər.

“Əvvəllər Uzaq Şərqdəki kəsir Sibir kimi qərb bölgələrindən artan tədarüklə qapadılırdısa, indi bu bölgələrdə artıq yanacaq yoxdur. Ona görə də onlara Çindən və digər Asiya ölkələrindən yanacaq almağa icazə verilir. Qafqaz və Kuban vasitəsilə Krımın tələbatı ödənilə bilər. Belarusdan tədarüklər Mərkəzi Rusiya və Şimal-Qərb əyalətlərinin kəsirini təmin etmək üçün mümkündür”, – Yuşkov vurğulayıb.

Qeyd edək ki, Ukrayna sistemli şəkildə Rusiyadakı NEZ-ləri vurur.

Seçilən
15
3
hurriyyet.az

6Mənbələr