AZ

Kopenhagen görüşündə Rusiya detalı: Zelenski görün nə istədi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi (EST) sammitində 50-dən çox Avropa dövlət və hökumət başçısı, həmçinin Aİ və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pravda” qəzeti məlumat yayıb. Qeyd olunub ki, sammitin açılışında çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibəni davam etdirmək üçün kifayət qədər resursa sahib olduğunu bildirib.

O, Avropa ölkələrini Rusiyadan neft idxalını dayandırmağa çağırıb.

“Avropada son dron hücumları Rusiyanın bu müharibəni daha da genişləndirmək əzmində olduğunu açıq göstərir. Rusiya həmişə Qərbi, xüsusən də Avropanı parçalamağa çalışıb”, – Zelenski deyib.

Polşanın baş naziri Donald Tusk isə sammitdəki çıxışında Avropanın faktiki olaraq müharibə vəziyyətində olduğunu vurğulayıb:

“Tamamilə aydındır ki, biz yanlış təsəvvürlərə son qoymalıyıq. Bu, müharibədir – yeni və çox mürəkkəb müharibə. Əgər Ukrayna məğlub olsa, bu, təkcə onun deyil, bütün Avropanın sonu olacaq”, – Tusk bildirib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
globalinfo.az

1Mənbələr