AZ

Sürücülər təmir gedən yolda kütləvi şəkildə əks istiqamətə çıxırlar VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtın Xətai prospektində aparılan təmir işləri səbəbindən asfalt örtüyü qaşınıb. Avtosfer.az xəbər verir ki, bu səbəbdən yolda hərəkət nizamı pozulub və sürücülər xaotik şəkildə hərəkət etməyə başlayıblar. Oxucularımızdan biri həmin vəziyyəti lentə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Görüntülərdən aydın olur ki, əks istiqaməti ayıran nişanlama xətləri olmadığı üçün sürücülər qaydaları pozaraq yolun qarşı tərəfinə keçib və üç cərgə üzrə hərəkət ediblər. Nəticədə digər istiqamət üzrə hərəkət edənlər məcburiyyət qarşısında yalnız bir zolaqla hərəkət ediblər.

Bu cür halların qarşısını almaq üçün təmir işləri aparan yol idarəsi müvəqqəti tədbirlər görməlidir. Məsələn, qoşa xəttin əvəzinə müvəqqəti bayraqcıqlar və ya digər işarələrdən istifadə edərək hərəkət axınını ayırmaq olar.

Qeyd edək ki, qanunvericiliyə əsasən, nişanlanma xətləri olmayan yollarda sürücülər yolun eninə uyğun şəkildə zolaqları nəzərə alaraq hərəkət etməlidirlər.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
avtosfer.az

1Mənbələr