AZ

Türkiyəli müstəntiq həbs edilib

Ajans.az xəbər verir ki, bu barədə "TRT Haber" xüsusi xidmət orqanlarına istinadən xəbər verir. Bildirilir ki, hüquq mühafizə orqanlarında çalışan Türkiyə vətəndaşı Serkan Çiçək 2025-ci ilin iyul ayında Mossad nümayəndəsi ilə əlaqə saxlayıb və 4 min dollarlıq kriptovalyuta qarşılığında İstanbulda yaşayan fələstinli fəal haqqında məlumat verməyə razılaşıb. Lakin kəşfiyyat orqanlarının məlumatına görə, Çiçək İsrail kəşfiyyatının verdiyi ünvanda şəxsi tapa bilmədiyi üçün İsrail kəşfiyyatının tələbini yerinə yetirə bilməyib.

İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində şübhəlinin tutulması əməliyyatı yerli təhlükəsizlik idarəsi ilə birgə həyata keçirilib.

Seçilən
17
6
Ajans.az

7Mənbələr