AZ

ABŞ da yeni dollar istifadəyə buraxılır: Üzərində onun şəkli olacaq

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Xəzinədarlığı Prezident Donald Trampın təsviri olan yeni kolleksiya bir dollarlıq sikkələrin buraxılmasını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox Business” məlumat yayıb. Planın ABŞ-ın yaranmasının 250-ci ildönümü münasibətilə həyata keçirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, sikkədə Tramp Amerika bayrağı fonunda qaldırılmış yumruqla təsvir olunacaq. Bu görüntünün 2024-cü ildə ona qarşı sui-qəsddən sonra çəkilmiş məşhur fotoya istinad etdiyi vurğulanır.

Lakin Xəzinədarlığın sözçüsü bildirib ki, son dizayn hələ təsdiqlənməyib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
globalinfo.az

1Mənbələr