İranda helikopter qəzaya uğrayıb.
Bu barədə Qızıl Aypara Təşkilatının Luristan əyaləti üzrə nümayəndəsi Əli Məhəmmədi məlumat verib.
Bildirilir ki, helikopter Oştorankuh dağlarında 4000 metr yüksəklikdə itkin düşən qadının axtarışı və xilas edilməsi üçün göndərilib.
“8 sərnişini olan helikopter 2800 metr hündürlükdə qəzaya uğrayıb. Hazırda Luristandan altı əməliyyat qrupu bölgəyə göndərilib və mümkün insidentlə bağlı araşdırmalar aparılır”.
Qızıl Ayparanın məlumatına görə, əlaqə yaradıldıqdan sonra və zərərçəkənlərdən alınan məlumata əsasən, helikopterin göyərtəsində 9 nəfər olub, lakin təəssüf ki, zərərçəkənlərdən biri aldığı xəsarətlərdən dünyasını dəyişib.
"Cebheinfo.az"