AZ

ABŞ konqresi həmin qətnaməni qəbul edə bilər

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Rəsmi Vaşinqton ABŞ Konqresinin oktyabrın 3-ü hökuməti maliyyələşdirməyə davam etmək və bağlanmaya son qoymaq üçün qətnamə qəbul edə biləcəyi ehtimalını istisna etmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt bildirib.

“Bir saatdan sonra Senat növbəti səsvermə keçirəcək. Ola bilsin ki, demokratlar düzgün qərar qəbul edərsə, hökumətin bağlanması başa çatacaq”, - o qeyd edib.

Levitt həmçinin vurğulayıb ki, demokratların hökuməti yenidən açmaq üçün səs vermək imkanı var. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
qafqazinfo.az

2Mənbələr