AZ

Reklam yerlərinin icarə qiymətlərinə Dövlət Reklam Agentliyi müdaxilə etmir

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRRA) reklam yerlərinin icarə qiymətlərinin müəyyən edilməsi ilə bağlı məsələlərə münasibət bildirib.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, reklam yerlərinin icarə qiymətlərinin müəyyən olunması Agentliyin səlahiyyətlərinə daxil deyil. Agentliyin funksiyaları yalnız müvafiq sahədə qanunvericiliyə riayət olunmasına nəzarət, reklam daşıyıcılarının qanunvericiliyə uyğunluğunun yoxlanılması və icazə prosedurlarının icrası ilə məhdudlaşır.

Bildirilib ki, reklam yerlərinin icarəsi ilə bağlı qiymətlər və digər maliyyə məsələləri bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq reklam subyektləri – reklamvericilər və reklam yayıcıları tərəfindən tənzimlənir.

Şahanə Xankişiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
baku.ws

2Mənbələr