AZ

ABŞ Xəzinədarlığı Donald Trampın təsviri olan xatirə sikkələrini buraxmağı planlaşdırır

Bakı. Trend:

ABŞ Xəzinədarlığı Prezident Donald Trampın təsviri olan 1dollarlıq yeni kolleksiya sikkələrinin buraxılmasını düşünür.

Trend-inməlumatına görə, bu addım ölkənin yaranmasının 250 illiyinin qeydolunması çərçivəsində planlaşdırılır.

Məlumata görə, sikkədə ABŞ bayrağı fonunda qaldırılmış yumruqlaTrampın təsviri yer ala bilər. Bu görüntü 2024-cü ildə ona sui-qəsdcəhdindən sonra çəkilmiş fotoşəkilə istinad edir. Xəzinədarlığınsözçüsü bildirib ki, son dizayn hələ təsdiqlənməsə də,departamentin kollektor sikkələrini zərb etmək üçün qanunisəlahiyyəti mövcuddur.

Xəbəri şərh edən Ağ Evin mətbuat katibi Kerolayn Livittbildirib: “Trampın xəbəri görüb-görmədiyini bilmirəm, amma əminəmki, bu xəbər onun xoşuna gələcək”.

ABŞ-də xatirə sikkələrinin buraxılması uzunmüddətli ənənədir.Tarixi ən məşhur nümunələrdən biri 1986-cı ildə buraxılmış vətəxminən 15,5 milyon nüsxə satılan Azadlıq Heykəli sikkəsidir.Bundan əlavə, Corc Vaşinqtonun 250 illiyi, 1984-cü il Los-AncelesYay Olimpiya Oyunları və ABŞ Konstitusiyasının 200 illiyi ilə bağlıburaxılmış sikkələr də uğurlu olub.

Seçilən
9
az.trend.az

1Mənbələr