AZ

Artıq müharibəyə sürüklənirik, bu, dəhşətli olacaq Orban xəbərdarlıq etdi

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Macarıstanın baş naziri Viktor Orban bir daha Avropanın müharibəyə doğru sürükləndiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Radio Kossuth”a müsahibəsində danışıb. Orban deyib ki, getdikcə daha çox Avropa ölkəsi Macarıstanın mövqeyini bölüşür:

“Biz müharibəyə girəcəyik və gec-tez hhəlak olanlar olacaq. Təssəvvür edtmək belə çətindir. Belə bir hadisə versə, bunun sonu dəhətli ola bilər. Bu təhlükə getdikcə artır”.

Onun sözlərinə görə, Slovakiya bəzən açıq şəkildə Budapeşti dəstəkləsə də, digər ölkələr Macarıstanı tənqid edir. Lakin bağlı qapılar arxasında həmin ölkələrin də Macarıstanla həmfikir olduqları, bu mövqeyin isə yavaş-yavaş çoxluğa çevrildiyi vurğulanır.

Xatırladaq ki, bundan əvvəl Orban Ukraynanın Avropa İttifaqına qəbulunun Avropaya müharibə gətirəcəyini demişdi. Onun fikrincə, tamhüquqlu üzvlük əvəzinə strateji əməkdaşlıq sazişi daha doğru alternativ ola bilər.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr