ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Barselona” Avropa Klubları Assosiasiyası ilə münasibətləri bərpa etmək istəyir.
Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, Katoloniya klubunun prezidenti Joan Laporta ECA-nın rəhbəri və PSJ-nin başçısı Nasser Əl-Xelaifi ilə məhsuldar görüş keçirib. Danışıqlar Avropa Superliqasının yaradılması elanından sonra kəsilmiş münasibətləri bərpa etmək məqsədilə aparılır.
Bildirilir ki, Əl-Xelaifi Laportanı Avropa Klubları Assosiasiyasının Baş Assambleyasına (8-9 oktyabr, Roma) dəvət edib.
“Barselona”nın ECA-ya qayıdışı o demək olacaq ki, təşkilatdan kənarda yalnız bir Superliqa təşkilatçısı qalacaq – “Real”.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.